Tramp: Sabah böyük gecə olacaq

ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial platformasında paylaşdığı yeni statusunda “Sabah böyük gecə olacaq. Bu baş verən kimi deyəcəyəm” sözləri ilə diqqət çəkib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, prezident başqa bir paylaşımında isə Ağ Ev rəhbəri özünü “Ukrayna torpağının bir qarışını belə Rusiyaya verməyən ABŞ Prezidenti” kimi təqdim edərək “Zəif və qeyri-effektiv demokratlar tənqid edəndə, feyk xəbərlər həvəslə yayılanda bu sözlərimi xatırlayın” ifadələrini istifadə edib.
Trampın sözləri, ölkənin daxili və xarici siyasətindəki gərgin müzakirələrin davam etdiyi bir dövrdə səsləndirilir.
Xumar Əhmədova
17:26 03.03.2025
Oxunuş sayı: 1561