ABŞ Ukrayna ilə nadir torpaq metalları haqqında razılaşma imzalayacaq

ABŞ yeni hakimiyyət qurulanda Ukrayna ilə nadir torpaq metalları haqqında razılaşma imzalayacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS-a Avstraliyanın keçmiş xarici işlər naziri və Sankt-Peterburq Dövlət Universitetinin Geosiyasi Müşahidə Mərkəzinin rəhbəri Karin Kneissl məlumat verib.
"Əminəm ki, ABŞ bu razılaşma ilə maraqlıdır. Hətta əgər bunu Volodimir Zelenski imzalamasa da, Ukraynada müvafiq mandat alacaq başqa bir şəxs olacaq", – deyə o bildirib.
Kneissl əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp artıq bunu öz seçicilərinə vəd edib. "O deyir ki, milyardlar Ukraynaya göndərilib, indi isə ABŞ qarşılığında nəsə əldə etməlidir. ABŞ şirkətləri bu resurslara böyük maraq göstərir", – keçmiş nazir qeyd edib. O, həmçinin əlavə edib ki, "nəticədə, ABŞ üçün daha zəif dövlətlərlə işləmək daha asandır, çünki onlar, Səudiyyə Ərəbistanı və ya Rusiya kimi, şərt qoyma gücünə malik deyillər".
15:09 03.03.2025
Oxunuş sayı: 974