KİV: Putin-Tramp görüşü sürətləndirilmiş templə hazırlanır

ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüşə hazırlıq tempi sürətlənib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Trampın fevralın 28-də Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə mübahisəsi yaxın həftələrdə Rusiya ilə ABŞ arasında münasibətlərin bərpası ilə bağlı danışıqların növbəti mərhələsinin yaxın həftələrdə baş tutması üçün əlavə stimul olub.
Putinlə Tramp arasında fevralın 12-də telefon danışığı olub. İki ölkə liderləri şəxsi görüşlərin təşkili də daxil olmaqla, şəxsi təmasları davam etdirmək barədə razılığa gəliblər.
11:10 03.03.2025
Oxunuş sayı: 1227