İsrail Rusiyanın Suriyadakı bazalarını qorumağa çalışır

İsrail hökuməti ABŞ-də Rusiyanın Suriyadakı hərbi bazalarının qorunması üçün lobbiçilik edir.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumat yayılıb.
İsrail bu həftə Ağ Evə Suriya ilə bağlı geniş hesabata malik "ağ kitab" təqdim edib.
İsrailin xarici və hərbi kəşfiyyat qurumlarının yüksək rütbəli nümayəndələri ABŞ prezidenti Donald Tramp administrasiyasına Rusiyanın Aralıq dənizindən çəkilməsinin Türkiyənin bölgədə güclənməsinə səbəb ola biləcəyini bildiriblər.
Bundan əlavə, İsrail lobbisi ABŞ Konqresi, Pentaqon və Evdə Rusiyanın Suriyadakı hərbi mövcudluğunu qorumaq üçün intensiv lobbiçilik fəaliyyətləri aparır.
Fatimə Məmmədova
11:25 02.03.2025
Oxunuş sayı: 1491