PKK atəşkəs elan edib

Türkiyədə PKK terror təşkilatı bu gündən etibarən atəşkəs elan edir.
Crossmedia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə PKK icraiyyə komitəsi məlumat yayıb.
“Biz lider Apo-nun istəklərinə uyğun olaraq partiya qurultayını çağırmağa hazırıq. Bizə hücum olunmadığı təqdirdə qüvvələrimiz heç bir silahlı əməliyyat keçirməyəcək. Bunun baş tutması üçün təhlükəsiz şəraitin yaradılması, qurultayın uğurla keçirilməsi vacibdir. Silahların yerə qoyulması kimi məsələlərin praktik həyata keçirilməsi isə yalnız lider Apo-nun birbaşa rəhbərliyi ilə mümkün ola bilər. İndiyə qədər müharibəni bütün səhvləri və çatışmazlıqları ilə birlikdə biz idarə etdik. Lakin sülh və demokratik cəmiyyət dövrünü yalnız lider Apo idarə edə bilər”,-deyə açıqlamada bildirilir.
Nəzrin Salmanova
13:21 01.03.2025
Oxunuş sayı: 11107