CROSSMEDIA - Polşa XİN: “İran sabitliyi pozan hərəkətlərinə indi son qoymalıdır”
Xarici xəbərlər

Polşa XİN: “İran sabitliyi pozan hərəkətlərinə indi son qoymalıdır”

Polşanın xarici işlər naziri Radoslav Sikorski Vaşinqton və Nyu Yorkda İran istehsalı olan dronun ictimaiyyətə nümayişinə toxunaraq deyib:

“İslam Respublikası BMT Nizamnaməsinə zidd olaraq hələ də öz qeyri-sabitlik və ideologiyasını davam edir və indi bunu dayandırmalıdır”.

“Shahed dronları İran və Rusiya arasında sıx hərbi əlaqələri təmsil edir. Tehran da bu pilotsuz təyyarə ilə İsrailə hücum edib. Rusiya bu dronlarla yüzlərlə Ukrayna vətəndaşını öldürüb”, - deyə Polşanın XİN rəhbəri vurğulayıb.

Crossmedia.az xarici KİV-ə istinadən bu barədə xəbər verir.

Onun sözlərinə görə, Ukrayna bu dronlarla 7 mindən çox hücuma məruz qalıb. 

13:15 25.02.2025

Oxunuş sayı: 945

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR