CROSSMEDIA - AMADA-nın Müşahidə Şurasının 2025-ci il üzrə yol xəritəsi müzakirə olunub
Gənclər və İdman

AMADA-nın Müşahidə Şurasının 2025-ci il üzrə yol xəritəsi müzakirə olunub

Nigar Arpadarainin sədrliyi ilə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Müşahidə Şurasının 2025-ci il üzrə yol xəritəsi müzakirə olunub.

Crossmedia.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, sənəd AMADA-nın strateji inkişaf istiqamətlərini müəyyənləşdirir və dopinqlə mübarizənin gücləndirilməsinə yönəlmiş əsas tədbirləri əhatə edir. 

AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə ötən ilin əhatə olunduğu təqdimatla çıxış etdikdən sonra 2024-cü ilin nəticələri, strategiya üzrə məqsədlər və maliyyə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

12:12 25.02.2025

Oxunuş sayı: 809

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR