CROSSMEDIA - İranda neft emalı zavodunda yanğın olub
Xarici xəbərlər

İranda neft emalı zavodunda yanğın olub

İranın Mərkəz əyalətinin Şazand şəhərində İmam Xomeyni adına neft emalı zavodunda qəza baş verib.

Crossmedia.az İran KİV-nə  istinadən xəbər verir ki, bu barədə müəssisənin ictimaiyyətlə əlaqələr və beynəlxalq işlər üzrə direktoru Abdultalib Amini bildirib.

Onun sözlərinə görə, yanğın ventilyasiya sistemindəki qurğudan başlayıb.

Direktor hadisə nəticəsində ölən və xəsarət alanların olmadığını deyib: “Zədələnmiş blokun bərpası istiqamətində işlər görülür”.

10:01 25.02.2025

Oxunuş sayı: 823

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR