Ağ Ev: Tramp Putin və Zelenski ilə görüşəcək

ABŞ Prezidenti Donald Trampın yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyi gözlənilir. Bu barədə Ağ Evin mətbuat katibi Karoline Leavitt "Fox News" telekanalına açıqlamasında bildirib.
Crossmedia.az xəbər verir ki,Leavittin sözlərinə görə, xüsusilə Zelenski ilə görüşün çox tezliklə baş tutması planlaşdırılır. O, həmçinin Trampın Ukrayna Prezidenti ilə nadir torpaq metalları ilə bağlı müqavilənin imzalanmasını gözlədiyini vurğulayıb.
"Amerika vergi ödəyicilərinin Ukrayna üçün etdiklərini nəzərə alsaq, bu, tamamilə ədalətlidir. Amerika xalqı olmasaydı, Ukrayna artıq bir ölkə olmazdı. Prezident Tramp bunu bilir və o, Amerika xalqının haqqını təmin edir," – deyə Ağ Evin mətbuat katibi əlavə edib.
09:32 25.02.2025
Oxunuş sayı: 646