"Böyük Dəbilqə": Daha iki cüdoçumuz bürünc medal qazana bilər
 
                                            Azərbaycanın daha iki cüdoçusu Bakıda keçirilən "Böyük Dəbilqə"də bürünc medal qazana bilər.
Crossmedia.az xəbər verir ki, Əjdər Bağırov (100 kq) və Kənan Nəsibov (+100 kq) üçüncü yer uğrunda görüşə vəsiqə qazanıblar.
Bu gün tatamiyə çıxan digər yeddi idmançı isə medal şansını itirib.
Qeyd edək ki, daha əvvəl Zelim Tçkayev (81 kq) qızıl, Rəşid Məmmədəliyev gümüş, Vüsal Qələndərzadə (hər ikisi 73 kq), Əhməd Yusifov (60 kq) və Elşən Əsədov (66 kq) bürünc mükafata sahib çıxıblar.
15:10 16.02.2025
Oxunuş sayı: 9191
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        