CROSSMEDIA - Azərbaycanda sənaye istehsalı azalıb
İqtisadi xəbərlər

Azərbaycanda sənaye istehsalı azalıb

Ötən il Azərbaycanda mədənçıxarma sənayesində məhsul istehsalının həcmi 41,2 milyard manat olub.

Crossmedia.az bu barədə Dövlət Statistika Komitəsinən məlumat əldə edib.

Məlumata görə, mədənçıxarma sənayesində məhsul istehsalının həcmi əvvəlki illə müqayisədə 3,7 milyard manat, yaxud da 8,3% azdır. Belə ki, 2023-cü ildə Azərbaycanda mədənçıxarma sənayesində məhsul istehsalının həcmi 44,9 milyard manat təşkil edib.

Həmçinin, ötən il xam neft və təbii qaz hasilatı sahəsində istehsal həcmi 38 milyard manat olub ki, bu da, illik müqayisədə 3,9 milyard manat və ya 9,5% azdır. 2023-cü ildə xam neft və təbii qaz hasilatı sahəsində istehsal həcmi 41,9 milyard manat təşkil edib.

Bununla yanaşı, hesabat dövründə ölkədə metal filizlərinin hasilatı sahəsində istehsal həcmi 382 milyon manat, mədənçıxarma sənayesinin digər sahələrində istehsal həcmi 256 milyon manat, mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsində istehsal 2,5 milyard manat təşkil edib.


20:46 05.02.2025

Oxunuş sayı: 342

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR