CROSSMEDIA - Tramp və Vaşinqtona gələn Netanyahunun planları
Yaxın Şərq

Tramp və Vaşinqtona gələn Netanyahunun planları


Tramp bəyan edib ki, ABŞ Qəzza sektoruna “nəzarəti ələ alacaq” və lazım gələrsə, oraya qoşun göndərəcək.

Crossmedia.az xəbər verir ki, o, həmçinin söz verib ki, ABŞ bölgədəki işlərə cavabdeh olacaq – anklavı “nəzarətə götürəcək”, partlamamış sursatları zərərsizləşdirəcək və dağıdılmış binaların yerini düzləşdirəcək.

Trampın sözlərinə görə, yeni Qəzza beynəlxalq olacaq, burada bütün dünya, “o cümlədən fələstinlilər” təmsil olunacaq. Anklavın keçmiş sakinlərinin Misir və İordaniyaya köçürülməsi planlaşdırılır.

Netanyahu Trampın planlarını dəstəkləyib və bildirib ki, o, “standartdan kənar düşünür və yeni ideyalar təklif edir”.


Maral Şahverdili

11:36 05.02.2025

Oxunuş sayı: 678

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR