CROSSMEDIA - Tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamı aparılmayacaq
Sosium

Tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamı aparılmayacaq

Şərabçılıq məhsullarının reklamına dair tələblər dəyişir.

Crossmedia.az xəbər verir, bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Üzümçülük və şərabçılıq haqqında” Qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, rəqəmsal platforma təsisçisi rəqəmsal platformada yerləşdirilən materiallarda tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamını apara bilməyəcək.

14:39 04.02.2025

Oxunuş sayı: 1152

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR