CROSSMEDIA - Pambıq mahlıcı ötən il ixrac edilən qeyri-neft sektoru məhsulları siyahısında birinci olub
İqtisadi xəbərlər

Pambıq mahlıcı ötən il ixrac edilən qeyri-neft sektoru məhsulları siyahısında birinci olub

2024-cü ilin yanvar-dekabr ayları ərzində ixrac edilmiş pambıq mahlıcı (177,1 milyon dollar) qeyri-neft sektoruna aid malların siyahısında birinci olub.


Crossmedia.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın yanvar sayına istinadən xəbər verir ki, bu siyahıda ikinci yerdə tomat (pomidor) (175,4 milyon dollar), üçüncü yerdə qızıl (165,3 milyon dollar) qərarlaşıb.

İcmala əsasən, hesabat dövrü ərzində Rusiyaya 1,2 milyard dollar, Türkiyəyə 542,3 milyon dollar, Gürcüstana 272,4 milyon dollar, İsveçrəyə 220,4 milyon dollar, ABŞ-a isə 134,7 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.


Ötən ilin dekabr ayında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında xurma (27,1 milyon dollar) birinci, tomat (pomidor) (20,1 milyon dollar) ikinci, qızıl (19,5 milyon dollar) üçüncü olub.

Dekabrda qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (94,2 milyon dollar) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (35,2 milyon dollar) ikinci, İsveçrə (26,8 milyon dollar) üçüncü olub.

13:32 03.02.2025

Oxunuş sayı: 338

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR