CROSSMEDIA - Azərbaycan metanol ixracından gəlirini 16%-dən çox artırıb
İqtisadi xəbərlər

Azərbaycan metanol ixracından gəlirini 16%-dən çox artırıb

Ötən il Azərbaycan 104,4 milyon ABŞ dolları dəyərində 474,1 min ton metanol (metil spirti) ixrac edib.

Crossmedia.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə dəyər baxımından 14,5 milyon ABŞ dolları (16,2%) çox, həcm baxımından isə 27,5 min ton (5,5%) azdır.

2024-cü il ərzində metanol (metil spirti) ixracı ölkənin ümumi ixracının 0,39%-ni, qeyri-neft məhsulları ixracının isə 3,11%-ni təşkil edib.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycandan 89,8 milyon ABŞ dolları dəyərində 501,6 min ton metanol (metil spirti) ixrac edilib.

Ümumilikdə, 2024-cü ildə Azərbaycandan 293,7 milyon ABŞ dolları dəyərində 1,1 milyon ton kimya sənayesi məhsulları ixrac edilib. 2023-cü ildəki göstəricilərlə müqayisədə ixrac edilən kimya sənayesi məhsullarının dəyəri 45,5 milyon ABŞ dolları (18,3%), həcmi isə 169,5 min ton (18%) artıb.

Hesabat dövründə kimya sənayesi məhsulları Azərbaycanın ümumi ixracdakı payının 1,11%-ni, qeyri-neft sektoru üzrə isə 8,75%-ni təşkil edib.

11:59 03.02.2025

Oxunuş sayı: 1829

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR