CROSSMEDIA - Rusiyalı nazir Ukrayna müharibəsində ağır yaralanıb
Dünya

Rusiyalı nazir Ukrayna müharibəsində ağır yaralanıb

Rusiyanın Yakutiya vilayətinin Gənclər və Sosial Kommunikasiyalar naziri Pyotr Şamayev Ukrayna ilə müharibədə ağır yaralanıb.

Məlumata görə, Şamayev hərbi əməliyyatlarda könüllü olaraq iştirak edib. Onun yaralanmasının detalları və səhhətinin hazırkı vəziyyəti barədə rəsmi açıqlama verilməyib.

Yakutiya rəhbərliyi hadisə ilə bağlı hələlik açıqlama yaymasa da, yerli mənbələr nazirin müalicə üçün Rusiyaya geri gətirildiyini bildirir.

11:17 03.02.2025

Oxunuş sayı: 334

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR