CROSSMEDIA - Nəqliyyat sektoruna verilən biznes kreditlərin həcmi artırıldı
İqtisadi xəbərlər

Nəqliyyat sektoruna verilən biznes kreditlərin həcmi artırıldı

Ötən ilin sonuna olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən nəqliyyat sektoruna verilmiş biznes kreditlərinin həcmi 1 milyard 461 milyon manata çatıb.

Crossmedia.az Mərkəzi Bankdan verilən məlumata istinadən xəbər verir.

Məlumata görə, bu göstərici əvvəlki ilin sonu ilə müqayisədə 180,7 milyon manat və ya 14,1% çoxdur. Belə ki, 2023-cü ilin sonunda Azərbaycandakı banklar tərəfindən nəqliyyat sektoruna verilmiş biznes kreditlərinin həcmi 1 milyard 280,4 milyon manat olub.

Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14 milyard 787 milyon manat təşkil edib. Bankların biznes kredit portfeli əvvəlki illə müqayisədə 17,2% və ya 2 milyard 170 milyon manat artıb. 2023-cü ildə bankların biznes kredit portfelinin həcmi 12,6 milyard manat olub.

09:52 03.02.2025

Oxunuş sayı: 547

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR