İran yeni raket sistemlərini təqdim edib.
İran qabaqcıl hava hücumundan müdafiə sistemləri və ballistik raketlər də daxil olmaqla bir sıra yeni hərbi nailiyyətlərini rəsmən nümayiş etdirib:
"Nəvvab" yeni zenit raketidir və ehtimal ki, iki versiyaya malikdir: radar və infraqırmızı istiqamətləndirici.
"Oqab" hava hücumundan müdafiə sistemi Rusiyanın "Tor-M1" hava hücumundan müdafiə sisteminin İran versiyasıdır.
Yeni nəsil "Bavər-373" İranın hava hücumundan müdafiə sisteminin modernləşdirilmiş versiyasıdır, hazırda TELAR (özüyeriyən buraxılış qurğuları) ilə təchiz olunub.
Yeni "Taftan" kosmik raket mühərriki – 144 ton gücə malik, peyklərin buraxılması üçün nəzərdə tutulub.
"Etemad" ballistik raketi – təqribən 1700 km mənzilə və 70 metr vurma dəqiqliyinə malikdir. İsrailə qarşı hücumlarda geniş istifadə olunan "Emad" raketinin bazası əsasında hazırlanıb.
Bu əhatəli silah paketi İranın strateji gücünü və müasir müdafiə sistemlərini müstəqil şəkildə inkişaf etdirmək qabiliyyətini nümayiş etdirir.
04:54 03.02.2025
Oxunuş sayı: 392