CROSSMEDIA - “Bu Mükafat Bütün Azərbaycan Xalqınındır” – Hidayət Heydərov İlin Cüdoçusu seçildi
Gənclər və İdman

“Bu Mükafat Bütün Azərbaycan Xalqınındır” – Hidayət Heydərov İlin Cüdoçusu seçildi

Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyası (IJF) tərəfindən “İlin kişi cüdoçusu” adına layiq görülüb. Azərbaycanın milli cüdo komandasının baş məşqçisi Riçard Trautman isə “Ən yaxşı kişi komanda məşqçisi” mükafatını qazanıb.

Crossmedia.az xəbər verir ki, Hidayət Heydərov çıxışında bu mükafata layiq görüldüyü üçün böyük məmnunluq hissi keçirdiyini bildirib:

“Bu mükafat təkcə mənim deyil, bütün Azərbaycan xalqının mükafatıdır. Mənim arxamda böyük bir komanda dayanır. Azərbaycan Cüdo Federasiyasına, ailəmə və mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Bu uğur birlikdə qazandığımız qələbənin nəticəsidir.”

Baş məşqçi Riçard Trautman da komandasının uğurundan qürur duyduğunu vurğulayıb:

“Belə əzmkar atletlər, peşəkar məşqçilər və inanılmaz komanda ilə çalışmaq böyük şərəfdir. Möhtəşəm komandamıza dərin təşəkkürümü bildirirəm. Sadəcə mən yox, hamımız birlikdə tarix yazdıq. Hər birinizə minnətdaram.”

Azərbaycan cüdosu üçün əlamətdar olan bu mükafatlar idmançılarımızın beynəlxalq arenada yüksək səviyyədə tanındığını və ölkəmizin cüdo sahəsində qazanılan uğurlarının təsdiqidir.


00:22 03.02.2025

Oxunuş sayı: 343

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR