CROSSMEDIA - Avropa İttifaqında yeni süni intellekt qaydaları: Nələr qadağandır?
Dünya

Avropa İttifaqında yeni süni intellekt qaydaları: Nələr qadağandır?

Avropa İttifaqında (Aİ) süni intellekt sistemlərinin müxtəlif sahələrdə istifadəsi qadağan edilib. Bunlara sosial reytinq sistemi, fərdlərin profillərinə əsasən cinayət meyillərini müəyyən etmək, emosiyaların tanınması, davranış analizi və biometrik məlumatlara əsasən insanları kateqoriyalara bölmək kimi tətbiqlər daxildir.

Bu çərçivədə aşağıdakı süni intellekt sistemlərinin istifadəsi qadağan edilib:

Sosial reytinq sistemləri

İş yerlərində və təhsil müəssisələrində emosiyaların müəyyən edilməsi

İnternet və müşahidə kameralarından əldə edilən üz görüntüləri əsasında məlumat bazalarının yaradılması

Fərdlərin xüsusiyyətlərinə əsasən cinayət törətmə ehtimalını proqnozlaşdıran profilləşdirmə sistemləri

İrq, siyasi baxış, həmkarlar ittifaqı üzvlüyü, din, inanc, cinsi həyat kimi məlumatları təsnif edən biometrik veriləri ehtiva edən sistemlər

Bundan əlavə, insan davranışını manipulyasiya edən, insanların zəif cəhətlərindən istifadə edən və şüuraltı texnikalardan yararlanan süni intellekt sistemləri də yasaqlanıb.

İctimai yerlərdə real vaxt rejimində uzaqdan biometrik identifikasiya sistemlərinin istifadəsi yalnız hüquq-mühafizə orqanları üçün xüsusi hallarda məhdudlaşdırılmış şəkildə icazəli olacaq.

Bu gün etibarilə süni intellekt texnologiyalarını inkişaf etdirən və istifadə edən şirkətlər sistemlərini risk səviyyəsinə görə qiymətləndirməli və qanuni tələblərə uyğunlaşdırmalıdır.

Aİ-nin Süni İntellekt Qanunu çərçivəsində qaydaları pozan şirkətlər yüksək məbləğdə cərimələrlə üzləşəcək. Bu qanun 1 avqust 2024-cü ildən qüvvəyə minib. Digər tərəfdən, ümumi məqsədli süni intellekt modellərinə dair qaydalar və öhdəliklər 1 avqust 2025-ci ildən qüvvəyə minəcək.


Maral Şahverdili

18:53 02.02.2025

Oxunuş sayı: 861

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR