Suriyanın yeni prezidenti Ər-Riyada səfər edib
Suriyada yeni prezidenti Əhməd əş-Şara və xarici işlər naziri Əsəd əş-Şeybani Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfər ediblər. Onları hava limanında krallığın rəsmi şəxsləri qarsalayıblar.
Məlumata görə, Əhməd əş-Şara və Əsəd əş-Şeybaninin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, krallığın faktiki hökmdarı Məhəmməd bin Salmanla görüşü gözlənilir.
Xatırladaq ki, yanvarın 24-də Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhanın rəhbərlik etdiyi nümayəndə heyəti Dəməşqə səfər edərək Əhməd əş-Şara ilə görüşüb.
16:46 02.02.2025
Oxunuş sayı: 215