CROSSMEDIA - İŞİD-ə zərbə: ABŞ Somalinin şimalında hərbi əməliyyat keçirdi
Dünya

İŞİD-ə zərbə: ABŞ Somalinin şimalında hərbi əməliyyat keçirdi

Donald Tramp bildirib ki, o, Somalidə İslam Dövləti (İŞİD) qruplaşmasının yüksək rütbəli hücum planlaşdırıcısı və digər üzvlərinə qarşı hərbi hava zərbələrinin endirilməsi barədə göstəriş verib.

“Bu qatillər, gizləndikləri mağaralarda tapıldı və onlar ABŞ-ı və müttəfiqlərimizi təhdid edirdilər”. – deyə Tramp sosial mediada yazıb.

“Hava zərbələri onların yaşadığı mağaraları məhv etdi və bir çox terrorçunu zərərsizləşdirdi, mülki şəxslərə isə heç bir zərər dəymədi”.

“X” sosial şəbəkəsində Somali Prezidentinin ofisindən verilən açıqlamada bildirilib ki, ABŞ-nin Somali şimalında İŞİD-in yüksək rəhbərliyini hədəf alan zərbələri barədə öncədən məlumatlandırılıblar.


Maral Şahverdili

16:29 02.02.2025

Oxunuş sayı: 217

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR