Həvəskar xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib
“Şahdağ” Turizm Mərkəzinin və Azərbaycan Qış İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə müxtəlif yaş kateqoriyalarında olan uşaqlar arasında həvəskar xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib.
Crossmedia.az xəbər verir ki, yarışda öncədən qeydiyyatdan keçən, müxtəlif yaş kateqoriyasından olan 50-yə yaxın uşaq yüksək nəticə qazanmaq üçün mübarizə aparıb.
Uşaqlar arsında keçirilən yarışın nəticələri:
6-8 yaşlı oğlanlar arasında:
1. Dmitri Petrenko - AZE
2. Loçlan Hoqq - GBR
6-8 yaşlı qızlar arasında
1. Hannah Makkennel - GBR
2. Nurlana Abdulova - AZE
3. Mariya Podqornaya - AZE
9-12 yaşlı oğlanlar arasında
1. Nurəddin Nəzürov - AZE
2. Raul Mədətov - AZE
3. Antoni Skalabre - FRA
9-12 yaşlı qızlar arasında
1. Leah Makkennel - GBR
2. Əminə Əhmədova - AZE
3. İren Cavadova - AZE
13-17 yaşlı oğlanlar arasında
1. Amin Şıxov - AZE
2. Yusif Kiçikbəyov - AZE
3. Pahnke Karl-Leo - GER
13-17 yaşlı qızlar arasında
1. Nurel Hacıbəyli - AZE
2. Liliya Podqornaya - AZE
3. Zemfira Əlixanbəyova - AZE
Yarışın sonunda qaliblər “Şahdağ” Turizm Mərkəzi tərəfindən medallar və diplomlarla təltif olunub, o cümlədən onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib.
Qeyd edək ki, xizək üzrə Heydər Əliyev Kuboku fevralın 2-də müxtəlif yaş kateqoriyalarında olan böyüklər arasında davam edəcək.
19:09 01.02.2025
Oxunuş sayı: 341