Premyer Liqada iki oyun keçiriləcək

- Bu gün Misli Premyer Liqasında XXI turun daha iki oyunu keçiriləcək.
- Crossmedia.az xəbər verir ki, ilk olaraq "Turan Tovuz" autsayder "Səbail"i sınağa çəkəcək.
- Tovuz şəhər stadionundakı qarşılaşma 16:00-da başlayacaq.
- Ardınca isə "Araz-Naxçıvan" səfərdə "Sumqayıt"ın qonağı olacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq matçın start fiti saat 18:30-da start götürəcək.
- Turnir cədvəlində "Araz-Naxçıvan" 42 xalla ikinci, "Turan Tovuz" 35 xalla dördüncü sırada yer alıb. 21 xalı olan "Sumqayıt" altıncı, 15 xala malik "Səbail" isə sonuncu - onuncudur.
- Misli Premyer Liqası
- III dövrə, XXI tur
- 1 fevral
- 16:00. “Turan Tovuz” – “Səbail”
- Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov
- VAR: Rauf Allahverdiyev
- AVAR: Kamran Bayramov
- Hakim-inspektor: Babək Quliyev
- AFFA nümayəndəsi: Nəriman Axundov
- Tovuz şəhər stadionu.
- 18:30. “Sumqayıt” – “Araz-Naxçıvan”
- Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev
- VAR: Əliyar Ağayev
- AVAR: Zeynal Zeynalov
- Hakim-inspektor: Ömər Paşayev
- AFFA nümayəndəsi: Anar Şixəliyev
- Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
- Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"ı 3:2, "Neftçi" isə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib.
09:42 01.02.2025
Oxunuş sayı: 2321