CROSSMEDIA - Türkiyə Suriyaya görə İsraillə müharibəyə başlayacaq?: “Ən ciddi təhlükə…”
Yaxın Şərq

Türkiyə Suriyaya görə İsraillə müharibəyə başlayacaq?: “Ən ciddi təhlükə…”

Əhməd Əş-Şəraa Suriyanın Prezidenti kimi xalqa ilk müraciətində ölkənin ərazi bütövlüyünü təmin edəcəyinə söz verib.

 “Qarşıdakı dövrdə biz bir sıra prioritet məsələlərin həllinə diqqət yetirəcəyik ki, bunlardan biri də vahid iqtidar altında, vahid torpaqda bütün Suriyanın ərazi bütövlüyünün bərpası prosesinin başa çatdırılmasıdır”, – Əş-Şəraa vurğulayıb.

O həmçinin keçid hökumətinin formalaşdırılması üzərində işlərin aparıldığını qeyd edib.

“Biz bütün suriyalıların, o cümlədən qadınların və gənclərin maraqlarını təmsil edəcək keçid hökumətinin formalaşdırılması üzərində işləyəcəyik”, – Əş-Şəraa bildirib.

Bu, yeni prezident üçün kifayət qədər iddialı bəyanatdır. Belə ki, keçən ilin dekabrında Bəşər Əsəd rejimin devrilməsindən sonra hakimiyyətə gələn Əhməd Əş- Şəraa hələ ki, sadəcəkeçid hakimiyyətini idarə edir. Onun gələcəkdə də dövləti idarə edib – etməyəcəyi məlum deyil.

Üstəlik, nəzərə almaq lazımdır ki, hazırkı anda Dəməşqin prioritetləri tamamilə ölkənin yenidənqurulması, bərpası ilə bağlı olmalıdır. Belə bir vaxtda Suriyanın ərazi bütövlüyünü bərpa etməsi nə qədər realdır?


Bu barədə Crossmedia.az-a danışan politoloq, professor Əlimusa İbrahimov bildirib ki, bu, o qədər də asan məsələ deyil: “Suriyanın ərazi bütövlüyünü təmin etməsi üçün xeyli vaxta ehtiyac var. Əvvəlcə dövlət formalaşmalı, ona qarşı sanksiyalar aradan qaldırılmalı, digər oyunçularla münasibətlər qurulmalıdır. Hazırda Suriyanın ərazi bütövlüynə ən ciddi təhlükə İsraildən gəlir”.

Politoloqun sözlərinə görə, Əhməd Əş- Şəaraanın verdiyi bəyanatlar real deyil: “Hər halda Suriyanın ərazi bütövlüyünün bərpası yaxın vaxt üçün inandırıcı görünmür. Türkiyə isə Suriyaya görə İsraillə qarşıdurmaya getməycək. Bu, indi anda rəsmi Ankaraya lazım deyil”.

Ə. İbrahimov onu da bildirib ki, Əhməd Əş- Şəaraanın keçid dövründən sonra da hakimiyyətdə qalacaq: “Əks halda o, bu qədər yükün altına gprməzdi. Görünür, Əhməd Əş- Şəaraa özünü prezident kimi görür. Əlbəttə, bu məsələdə Türkiyənin də rolu var. Suriyanın yeni lideri Ankaranı eşidir. Buna baxmayaraq, o, həm də ərəb dövlətləri ilə münasibəti qorumaqla, belə demək mümkünsə, “bir əldə iki qarpız tutur”.

Nərgiz Camalzadə

16:05 31.01.2025

Oxunuş sayı: 594

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR