CROSSMEDIA - Rəqəmsal transformasiya beynəlxalq əməkdaşlığı gücləndirmək imkanıdır
Gündəm

Rəqəmsal transformasiya beynəlxalq əməkdaşlığı gücləndirmək imkanıdır

  • Azərbaycan davamlı rəqəmsal gələcək yaratmaq üçün birgə işləməyə hazırdır.

  • Bunu bu gün Baş nazir Əli Əsədov Almatıda “Digital Almaty 2025” beynəlxalq rəqəmsal forumunda çıxışı zamanı deyib.

  • "Rəqəmsal transformasiya məqsədinə nail olmaq üçün cəmiyyətin bütün təbəqələrinin müasir rəqəmsal xidmətlərə çıxışını təmin edəcək etibarlı infrastruktur yaratmaq lazımdır. Belə infrastrukturun əsas elementlərindən biri yüksəksürətli internetə çıxışdır", - o bildirib.

  • Baş nazir qeyd edib ki, Azərbaycan həmçinin startapların inkişafı üçün əlverişli şəraitin yaradılmasına, sahibkarlığın stimullaşdırılmasına və innovasiya ekosisteminin dəstəklənməsinə böyük əhəmiyyət verir, sahibkar olmaq istəyənlərin layihələrə başlamasına və onların potensialının inkişafına kömək etmək üçün müxtəlif proqramlar həyata keçirilir.

  • "Rəqəmsal transformasiya təkcə texnoloji proses deyil, həm də beynəlxalq əməkdaşlığı gücləndirmək imkanıdır. Bu, nəinki yeni perspektivlər açır, həm də birgə həll yolları tələb edən mürəkkəb çağırışlar yaradır. Azərbaycan beynəlxalq əməkdaşlığın inkişafına üstünlük verir və davamlı rəqəmsal gələcək yaratmaq üçün birgə işləməyə hazırdır", - Baş nazir əlavə edib. (trend)

12:14 31.01.2025

Oxunuş sayı: 408

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR