Rusiyada korrupsiya işi: saxlanılanlar arasında erməni əsilli şəxs də var
- Rusiyada "Rosnano" şirkətinin keçmiş rəhbəri Anatoli Çubaysın sabiq müavinlərindən bir neçəsi həbs edilib. Onların arasında şirkətin maliyyə direktoru Artur Qalstyan da var.
- Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
- Məlumata görə, A.Qalstyan və daha iki menecer 2017-ci ildə şirkətin maliyyə vəziyyəti ilə bağlı saxta məlumatlar təqdim edərək zəif iqtisadi nəticələri gizlədiblər. Bunun sayəsində dövlət büdcəsindən 43 milyard rubldan çox vəsait əldə edilib.
- Belə ki, Rusiya Daxili İşlər Nazirliyi məsələ ilə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi üzrə cinayət işinin açıldığını açıqlayıb.
- Fatimə Məmmədova
11:17 31.01.2025
Oxunuş sayı: 589