CROSSMEDIA - Tramp: ABŞ BRİKS-in dolları əvəzləməsinə imkan verməyəcək
Xarici xəbərlər

Tramp: ABŞ BRİKS-in dolları əvəzləməsinə imkan verməyəcək

ABŞ prezidenti Donald Tramp BRİKS ölkələrinin ABŞ dollarından imtina cəhdlərinə sərt reaksiya verib. 

Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“Biz bu ölkələrdən tələb edəcəyik ki, BRİKS valyutası yaratmaqdan və ya dolları əvəzləmək məqsədilə hər hansı digər valyutanı dəstəkləməkdən imtina etsinlər. Əks halda, onlar 100 faizlik tariflərlə üzləşəcək və ABŞ bazarına satış imkanlarını itirəcəklər”,- deyə Donald Tramp bildirib.

O, əlavə edib ki, "BRİKS ölkələri dolları beynəlxalq ticarətdə əvəzləmək fikrindən əl çəkməsə, Vaşinqton sərt iqtisadi tədbirlər görəcək. “Onlar başqa bir “sadəlövh” ölkə tapa bilərlər. Ancaq ABŞ dolları beynəlxalq ticarətdə əvəzedilməzdir və hər hansı ölkə bunu dəyişdirməyə cəhd edərsə, ciddi tariflərlə qarşılaşacaq",- vurğulayıb.

Qeyd edək ki, BRİKS ölkələri – Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası son illərdə ticarətdə milli valyutalara keçidi təşviq edir və yeni beynəlxalq ödəniş sistemləri üzərində çalışırlar.


Fatimə Məmmədova

10:54 31.01.2025

Oxunuş sayı: 462

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR