CROSSMEDIA - Bakıda “Fransa və Ermənistan-Azərbaycan münaqişəsi” mövzusunda konfransKEÇİRİLİR
Gündəm

Bakıda “Fransa və Ermənistan-Azərbaycan münaqişəsi” mövzusunda konfrans KEÇİRİLİR

Bakıda “Fransa və Ermənistan-Azərbaycan münaqişəsi” mövzulu beynəlxalq konfrans öz işinə başlayıb.

Tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev, “Côte d'Azur” universitetindən olan ictimai hüquq üzrə professor Kristian Vallar, Azərbaycan Milli Məclisinin millət vəkili Tural Gəncəliyev, “Musulmans en France" fransız xəbər portalının təsisçisi və baş redaktoru, Parisin “La Gazette du Caucase” internet-qəzetinin baş redaktoru Jan-Mişel Brün və başqaları iştirak edir.

Tədbirin açılışında çıxış edən Fərid Şəfiyev bildirib ki, Azərbaycanla münasibətlərdə problem yaradan tərəf həmişə Fransa olub.

Onun sözlərinə görə, Azərbaycan həmişə çalışıb ki, Fransa ilə konstruktiv əlaqələr qursun.

"Fransanın enerji və digər sahələrdə olan şirkətləriylə ölkəmiz əməkdaşlıq edib. Bu böhran Fransa tərəfindən yaradılıb. Burada müəyyən qədər Fransada olan erməni diasporasının fəaliyyəti də var. Amma bu tam belə deyil", - deyə o qeyd edib. (trend)

10:04 31.01.2025

Oxunuş sayı: 495

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR