CROSSMEDIA - Kiberhücum: Bu dəfə hədəf ABŞ oldu
Xarici xəbərlər

Kiberhücum: Bu dəfə hədəf ABŞ oldu

İrana bağlı hakerlər indi də  ABŞ-yə hücumlar üçün süni intellektdən istifadə etməyə çalışırlar.

Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” qəzeti Çin və İrana bağlı hakerlərin ABŞ-yə kiberhücumlar üçün süni intellekt elementlərindən istifadə etdiyini bildirib.

Qeyd olunub ki, “Google” tərəfindən hazırlanan “Gemini” adlı “Chatbot” (söhbət robotu) bu hakerlərin istifadə etdiyi süni intellekt texnologiyalarından biridir.

Belə ki, “Chatbot” zərərli kodların yazılmasında, sistem zəifliklərinin tapılmasında və hədəflərin aşkarlanmasında hakerlərə köməklik göstərir.

22:28 30.01.2025

Oxunuş sayı: 570

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR