Netanyahu fələstinli məhbusların azad edilməsi prosesini dayandırıb
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında girovların Qırmızı Xaç Komitəsinə təhlükəsiz şəkildə təhvil verilməsinə zəmanət verilənə qədər fələstinli məhbusların azad edilməsini təxirə salmağı əmr edib.
Crossmedia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi bəyanat yayıb.
Daha sonra Penitensiar xidmətin açıqlamasında bildirilib ki, vasitəçilərlə aparılan danışıqlardan sonra məhbusların azadlığa buraxılması qərara alınıb.
Nəzrin Salmanova
20:14 30.01.2025
Oxunuş sayı: 922