Türkiyə hərbi heyəti Suriyaya səfər edib
Türkiyə Müdafiə Nazirliyinin yüksək rütbəli hərbi nümayəndə heyəti Suriyanın paytaxtı Dəməşqə səfər edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə hərbi rəsmiləri Suriya müdafiə naziri Əbu Qasır və Baş Qərargah rəisi Əli Naasanla görüş keçiriblər. Görüşdə regional məsələlər və Türkiyə ilə Suriya ordusu arasında əməkdaşlıq addımları müzakirə olunub.
Məlumata görə, Türkiyə nümayəndə heyəti Suriya ordusuna məxsus bir sıra hərbi obyektlərə baxış keçirib.
Fatimə Məmmədova
19:05 30.01.2025
Oxunuş sayı: 1176