Türkiyə Qəzzadakı girovların azad edilməsi köməklik göstərilib
Türkiyə kəşfiyyat xidməti Qəzzada 5 Tailand vətəndaşının azad edilməsinə köməklik göstərib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin təhlükəsizlik orqanlarındakı mənbələr “Anadolu” agentliyinə bildiriblər.
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT), Fələstinin HƏMAS hərəkatı tərəfindən Qəzza zolağında saxlanılan beş Tailand vətəndaşının azad olunmasına nail olub.
Qeyd olunur ki, girovların azad edilməsi MİT-in HƏMAS ilə “kəşfiyyat diplomatiyası” çərçivəsində apardığı danışıqlar nəticəsində mümkün olub. Əməliyyat Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə həyata keçirilib.
Tərlan Əmrahova
18:56 30.01.2025
Oxunuş sayı: 1060