CROSSMEDIA - Tələbələrin xeyrinə olan hər bir təşəbbüs müsbət qarşılanmalıdır -AÇIQLAMA
Sosium

Tələbələrin xeyrinə olan hər bir təşəbbüs müsbət qarşılanmalıdır - AÇIQLAMA

TələbəPlus kartlarına yeni imkanlar daxil edildi. Artıq tələbələr hər il bir dəfə seçilmiş özəl tibb müəssisəsində pulsuz cek-ap müayinəsindən keçə biləcəklər. Bundan əlavə, həmin klinikada göstərilən tibbi xidmətlərdən 10% endirimlə yararlanmaq imkanı da əldə edəcəklər.

Tələbə Plus kartlarına bu yeni tibbi xidmətin əlavə olunması tələbələr üçün nə qədər faydalı olacaq?

Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu Crossmedia.az-a açıqlamasında bildirib ki, Tələbələrin və müəllimlərin xeyrinə olan hər bir yeniliyi dəstəkləyirik. Hələ bu onların maddi rifahına müsbət təsir edirsə:

"Tələbələrin xeyrinə olan hər bir təşəbbüs müsbət qarşılanmalıdır. Onların təhsil almasına hər cür imkan yaradılmalıdır. Yanvarın 28-də Təhsilin İnkişafı Fondu və “Referans Medical Group” arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədə əsasən tələbələr TələbəPlus kartı ilə “Referans Medical Group”un ölkə üzrə bütün filiallarında təqdim olunan tibbi xidmətlər üçün 10% endirim əldə edə biləcəklər. Eyni zamanda, tələbələr Bakıda yerləşən bütün filiallarda ildə bir dəfə olmaqla ödənişsiz çek-ap müayinəsindən yararlanmaq imkanı əldə edirlər. Alqışlansın. Lakin nəzərə almaq lazımdır ki, dövlət xəstəxanalarında bu müayinələr onsuz da pulsuz həyata keçirilir.

Hazırda tələbələri ən çox maraqlandıran məsələ ictimai nəqliyyatın güzəştli olmasıdır. Elə ölkələr var ki, orada ictimai nəqliyyat tələbələrə ya ödənişsizdir, ya da güzəştli şərtlərlə xidmət göstərir. Tələbəyə adını ilk dəfə eşitdiyi brend mağazalarda deyil, gündəlik istifadə etdikləri ərzaq, habelə geyim, kitab mağazalarında endirimlər lazımdır. Məsələ ətrafında dəfələrlə fikirlər səsləndirmişik".

Son olaraq Rizvan Fikrətoğlu digər müəssisələrə səslənərək, "Referans Medical Group"dan estafeti təhvil almasını xahiş etdi.

Elnurə Kərimova

14:36 30.01.2025

Oxunuş sayı: 3082

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR