CROSSMEDIA - Ötən il 400 min elektron arayış verilib
Əmək və sosial siyasət

Ötən il 400 min elektron arayış verilib

  • 2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 400 minədək elektron arayış verilib.

  • Crossmedia.az Nazirliyə istinadən xəbər verir ki, son illər əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə geniş elektronlaşma proqramı çərçivəsində 30-dan çox elektron arayış xidməti yaradılıb.

  • Həmin e-xidmətlər vətəndaşlara iş yeri, əlillik, pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə elektron qaydada arayış əldə etməyə imkan verir.

11:28 30.01.2025

Oxunuş sayı: 1557

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR