"Qarabağ" Avropa Liqasında sonuncu oyununa çıxır
- "Qarabağ" UEFA Avropa Liqasında bu gün Yunanıstanda yerli "Olimpiakos" klubu ilə üz-üzə gələcək.
- Crossmedia.az xəbər verir ki, Liqa mərhələsinin sonuncu - VIII turunun oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
- Qarşılaşmanı rumıniyalı FIFA referisi Radu Petresku idarə edəcək.
- Növbəti mərhələ şansını itirən "köhlən atlar" 3 xalla 34-cü pillədə qərarlaşıb. Pley-offa vəsiqəni təmin edən meydan sahibləri 12 xalla 12-ci sıradadır. Yunanların 1/8 finala yüksəlmək şansı da davam edir.
- UEFA Avropa Liqası
- Liqa mərhələsi
- VIII tur
- 30 yanvar
- 00:00. "Olimpiakos" (Yunanıstan) - "Qarabağ"
- Baş hakim: Radu Petresku.
- Pirey. Georgios Karaiskakis stadionu
09:07 30.01.2025
Oxunuş sayı: 1859