Aİ Suriyaya qarşı sanksiyaları ləğv edir? - Türkiyəli politoloq
Avropa İttifaqı (Aİ) Suriyaya qarşı
sanksiyaları ləğv etməyə hazırdır. Lakin Dəməşqdəki yeni rəhbərlik öz öhdəliklərini
yerinə yetirməzsə, sanksiyalar bərpa edilə bilər. "Financial Times" qəzetinin
məlumatına görə, Avropa diplomatları tərəfindən hazırlanmış yol xəritəsi
sanksiyaların altı mərhələli ləğvi prosesini nəzərdə tutur. Aİ nümayəndələri ərəb
respublikasına qarşı bütün sanksiyaları ləğv etməyi planlaşdırmırlar. Bu planla
bağlı siyasi razılaşma yanvarın 27-də əldə edilə bilər, konkret hüquqi proseslər
isə iyuna qədər rəsmi olaraq razılaşdırılacaq.
Məsələ ilə bağlı Crossmedia.az-a
açıqlama verən türkiyəli siyasi şərhçi
Hasan Oktay bildirib ki, keçmiş prezident Bəşər Əsədin Suriyadan qaçmasından sonra
hakimiyyəti ələ keçirən Əhməd əl-Şara, beynəlxalq sistemi qəbul etdirmək üçün
bir çox müzakirə keçirib: “Suriya yeni quracağı sistemlə bağlı məsləhətləşmələr
aparır. Əsəd dövründəki 13 il davam edən qarışıqlıqdan dolayı Aİ Suriyaya tətbiq
etdiyi sanskiya və qərarları yenidən nəzərdən keçirməli və yeni dövlət idarəçiliyinə
bir fürsət verilməli olduğu üçün AB ölkələri qərar mərhələsinə çatmaq üzrədir. BMT
Təhlükəsizlik Şurasının qərarını gözləəmək lazımdır”.
Ekspert söyləyib ki, Suriyada Aİ və müttəfiqlərinin tanıya biləcəyi bir sistem qurulmasının qarşısını açmağa çalışanlar var: “Bu inkişaflar baş verməzsə, Aİ hər cür tətbiqlərə və məhdudiyyətlərə davam edəcək.”
Nərgiz Camalzadə
17:00 27.01.2025
Oxunuş sayı: 2626