CROSSMEDIA - Trampın umduğu olmur: Ölkə kiçilir
Dünya

Trampın umduğu olmur: Ölkə kiçilir

ABŞ-nin Kaliforniya ştatı müstəqil ölkəyə çevrilə bilər

Kaliforniyanın ABŞ-dən ayrılmasını nəzərdə tutan "Calexit" təşəbbüsü imza toplamaq üçün rəsmi icazə alıb. Əgər təklif kifayət qədər dəstək qazanarsa, ştatın müstəqilliyi məsələsi 2028-ci ildə səsverməyə çıxarılacaq.

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir k, təşəbbüsün mahiyyəti referendum keçirməkdən ibarətdir. Səsverənlərə belə bir sual təqdim olunacaq: "Kaliforniya müstəqil dövlət olmalıdırmı"? Təklifin qəbul olunması üçün qeydiyyatdan keçmiş seçicilərin ən azı 50%-nin iştirak etməsi və 55%-nin "lehinə" səs verməsi tələb olunur.

Belə ki, əgər təşəbbüs dəstəklənərsə, 2027-ci ildə Kaliforniyanın müstəqil dövlət kimi yaşaya biləcəyini araşdırmaq üçün xüsusi komissiya yaradılacaq və növbəti il müvafiq hesabat təqdim olunacaq.

Qeyd edək ki, bütün dövlət binalarından ABŞ bayrağının çıxarılması da nəzərdə tutulur.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp ölkə ərazisinin genişlənəcəyinə dair iddialar səsləndirmişdi.

 

Fatimə Məmmədova

14:58 27.01.2025

Oxunuş sayı: 1896

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR