Şimali Koreya Ukrayna cəbhəsindən geri çəkilir: Kurskda vəziyyət gərgindir
Şimali Koreya hərbçiləri böyük itkilərə görə Kursk vilayətindən geri çəkilib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Şimali Koreya hərbçiləri əsir düşməkdənsə özlərini qumbara ilə partlatmağa üstünlük veriblər.
Qeyd olunur ki, Şimali Koreya hərbçiləri müasir müharibəyə zəif hazırlanıb. Onlar dron və artilleriya təhlükələrinə məhəl qoymayıb, bu da 60 nəfərə qədər olan kütləvi və qeyri-effektiv hücumlarla nəticələnib.
Fatimə Məmmədova
14:50 27.01.2025
Oxunuş sayı: 2062