Ukrayna kəşfiyyatının rəhbəri: "Təhlükəli proseslər başlaya bilər"
Əgər yaya qədər ciddi danışıqlar aparılmasa, Ukraynanın mövcudluğu üçün çox təhlükəli proseslər başlaya bilər.
Crossmedia.az “Ukrainskaya Pravda”ya
istiandən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Kəşfiyyat Baş İdarəsinin rəhbəri
Kirill Budanov Ukrayna Müdafiə Qüvvələrinin komandanlığı ilə parlamentdə baş
tutan qapalı görüşdə deyib.
Görüşdə iştirak edən vəzifəli şəxslərdən
birinin sözlərinə görə, iclasda müxtəlif məruzələr dinlənilib. Lakin ən çox
Budanovun cavabı yadda qalıb: “Kirilo soyuqqanlı təbəssümlə cavab verib ki, əgər
danışıqlar yaya qədər başlanmasa, vəziyyət Ukraynanın mövcudluğu üçün təhlükə
yaradacaq”.
Qeyd edək ki, Rusiya- Ukrayna müharibəsi 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl deyib ki, o, müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edəcək.
Gültac Mehdizadə
13:37 27.01.2025
Oxunuş sayı: 2527