Mehmanxanalarda gecələyənlərin sayı artıb
- 2024-cü ildə Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2023-cü illə müqayisədə 25,1 % artaraq 4 milyon 282,8 min olub.
- Crossmedia.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
- Məlumata görə, gecələmələrin ümumi sayının 60,9 %-i Bakıda, 4,6 %-i Xaçmazda, 4,5 %-i Naftalanda, 4,5 %-i Qusarda, 4,2 %-i Qəbələdə, 4 %-i Qubada, 3,6 %-i Şabranda, 2,5 %-i Lənkəranda, 1,2 %-i Şamaxıda, 1,1 %-i Masallıda, 1 %-i Qaxda, 1 %-i Naxçıvan Muxtar Respublikasında və 6,9 %-i digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
- İl ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 26 % artaraq 2348 min olmuşdur ki, bu da ümumi gecələmələrin 54,8 %-ini təşkil edir. Gecələmələrin ümumi sayının 19,6 %-i Hindistan, 13,1 %-i Rusiya, 7,8 %-i Səudiyyə Ərəbistanı, 7,3 %-i Türkiyə, 5,9 %-i Birləşmiş Ərəb Əmirlikləri, 3,8 %-i ABŞ, 2,8 %-i Qazaxıstan, 2,8 %-i Küveyt, 2,6 %-i Pakistan, 2,4 %-i Böyük Britaniya, 2,4 %-i İsrail, 2,2 %-i Özbəkistan, 2,1 %-i Çin, 1,4 %-i Almaniya, 1 %-i İtaliya,1 %-i Gürcüstan, 21,8 %-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81,4 %-i Bakıda, 4,6 %-i Qusarda, 4,4 %-i Qəbələdə, 3,9 %-i Naftalanda, 3,2 %-i Qubada, 0,6 %-i Şabranda, 1,9 %-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
- Hesabat dövründə Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 24,2 % artaraq 1 milyon 934,8 min olub ki, bu da ümumi gecələmələrin 45,2 %-ni təşkil edir.
12:51 27.01.2025
Oxunuş sayı: 3985