CROSSMEDIA - Bu yolda yeni piyada keçidi inşa olunub
Telekommunikasiya və nəqliyyat

Bu yolda yeni piyada keçidi inşa olunub

      • Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi yolunda yeni piyada keçidi inşa edib.
      • Crossmedia.az bu barədə agentliyə istinadən xəbər verir.
      • Yeni yerüstü piyada keçidi yolun 262,5-ci km-də tikilib.
      • Metal konstruksiyalı olan keçidin uzunluğu 46 metr, eni 3,2 metr, yol səviyyəsindən hündürlüyü isə 5,5 metr təşkil edir.
      • Layihə çərçivəsində keçidin ətrafında abadlaşdırılma işləri aparılıb, yolun hər iki tərəfində avtobus dayanacağı quraşdırılıb.
      • Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.

14:16 22.01.2025

Oxunuş sayı: 865

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR