Azərbaycanda Qırğızıstan Ticarət Evinin açılışı olub
Qırğızıstan və Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi çərçivəsində Azərbaycanda Qırğızıstan ticarət evinin açılması haqda sazişin imzalanma mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, sənədi Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov və “Okuklu Holdinq” şirkətinin direktoru İlmas Okuklu imzalayıb.
Ticarət evinin yaxın aylarda fəaliyyətə başlayacağı bildirilir.
Ticarət evi Qırğızıstan məhsullarının Azərbaycanda tanıtımına, həmçinin iki ölkənin biznes-ictimaiyyətləri arasında əlaqələrin gücləndirilməsinə xidmət edəcək. Əsəs məqsəd - Qırğızıstan məhsullarının, o cümlədən kənd təsərrüfatı malları, tekstil, əl işləri və regionda böyük tələbatı olan digər yüksək keyfiyyətli məhsulların ixracatının inkişafına təkan verməkdir.
Ticarət evi logistika, məhsulların tanıtımı və yeni satış bazarlarının axtarılması kimi xidmətlər göstərəcək. Bunun qarşılıqlı ticarət dövriyyəsinin artımına və əlavə investisiyaların cəlb olunmasına xidmət edəcəyi gözlənilir.
15:51 21.01.2025
Oxunuş sayı: 812