Netanyahu: İsrail hələ də HƏMAS-dan əsirlərin siyahısını gözləyir
İsrail, radikal fələstin təşkilatı HƏMAS-ın ilk növbədə azad edəcəyi əsirlərin siyahısını hələ də əldə etməyib. Bu səbəbdən Qəzza sektorunda atəşkəs barədə razılaşma tam şəkildə icra edilə bilmir.
Crossmedia.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu öz administrasiyası vasitəsilə yayımlanan açıqlamasında bildirib.
"Biz Qəzza ilə bağlı razılaşmanın icrasını yalnız əsirlərin azad olunacağı siyahı təqdim edildikdən sonra davam etdirəcəyik. Razılaşmanın pozulmasına İsrail heç bir halda dözməyəcək. Bunun tam məsuliyyəti HƏMAS-ın üzərinə düşür," – deyə Netanyahu vurğulayıb.
Xatırladaq ki, 16 yanvar tarixində İsrail və HƏMAS arasında Qəzza sektorunda atəşkəs və əsirlərin mübadiləsinə dair razılaşma imzalanıb. Bu razılaşma 19 yanvar, yerli vaxtla saat 08:30-da qüvvəyə minəcək.
Emil Bağızadə
19:45 18.01.2025
Oxunuş sayı: 1713