Fələstin rəhbərliyi ilə silahlı qruplar arasında razılaşma əldə edilib

Fələstinin Cenin Qaçqınlar Düşərgəsindəki İslah Cəmiyyəti Komitəsinin sədri Əhməd Salah verdiyi açıqlamada, Fələstin təhlükəsizlik qüvvələrinin dünən düşərgəyə daxil olaraq ətrafda yerləşdiyini bildirib.
Crossmedia.az bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir. Salah vəziyyətin çətin olduğunu bildirib. Düşərgədəki dağıntıların çıxarılması və partlayıcı materialların məhv edilməsi işlərinə də bu gün başlanacağını deyib.
“Silahlar və ya düşərgədəki silahlı qrupların üzvləri Fələstin təhlükəsizliyinə təhvil verilməyəcək” - deyə Salah əlavə edib.
Fələstin Təhlükəsizlik Qüvvələrinin sözçüsü Ənvər Rəcəb açıqlamasında dünən polis və təhlükəsizlik qüvvələrinin Cenin bölgəsinə yerləşdirilməsi ilə razılaşmanın əldə edildiyini vurğulayıb. Bunun ardından maneələrin qaldırıldığını və digər təhlükəsizlik qüvvələrinin düşərgədə yerləşdirilməsi üçün yolun açıldığını bildirib. HƏMAS, Fələstin Xalq Qurtuluş Cəbhəsi və İslami Cihad kimi fələstinli qruplar, təhlükəsizlik qüvvələrini üsyançıları hədəf almaqda ittiham edir.
Cenin Qaçqınlar Düşərgəsində keçirilən əməliyyatlar zamanı 6-sı təhlükəsizlik qüvvələri və Cenin Briqadasının liderlərindən biri olmaqla 15 nəfər həyatını itirib.
Tərlan Əmrahova
18:09 18.01.2025
Oxunuş sayı: 8574