Yaxın Şərq

Qəzza ilə bağlı hökumət iclası çağırılacaq

İsrailin Hərbi Kabineti hökumətə Qəzza ilə bağlı razılaşmanı təsdiq etməyi tövsiyə edb.

Crossmedia.az TASS-a istinadən xəbər verir ki, Qəzza ilə bağlı sazişin son təsdiqinin müzakirə olunacağı hökumət iclası günün sonrakı saatlarında çağırılacaq.

Məlumata görə, İsrail hökuməti Qəzza sektorunda atəşkəs və orada saxlanılan girovların azad edilməsini nəzərdə tutan təklif olunan razılaşmanı təsdiq etməlidir.  Belə ki, bu qərar ölkənin əsas nazirlərinin iştirak etdiyi hərbi-siyasi kabinetin iclasının yekununda qəbul edilib.

"Politik, təhlükəsizlik və humanitar sahələrdə bütün aspektlər nəzərdən keçirildikdən və təklif olunan razılaşmanın müharibə məqsədlərinə çatmağa töhfə verdiyini başa düşərək, milli təhlükəsizlik məsələləri üzrə nazirlik komissiyası  hökumətə təklif olunan planı təsdiqləməyi tövsiyə etdi", - deyə İsrail Baş naziri Benyamin Netanyahu qeyd edib.

Fatimə Məmmədova 

18:28 17.01.2025

Oxunuş sayı: 3643

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR