Neft-qaz

Beynəlxalq Enerji Agentliyi bu il üçün qlobal neft tələbi üzrə proqnozunu azaldıb

Beynəlxalq Enerji Agentliyi (IEA) 2025-ci il üçün qlobal neft tələbi üzrə proqnozunu yeniləyib.

Crossmedia.az  Agentliyin aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2025-ci ildə gündəlik qlobal neft tələbatı 1,06 mln. barel artaraq (öncəki proqnoz - 1,08 mln. barel), 103,96 mln. barel təşkil edəcək.

Qeyd olunur ki, 2024-cü ildə gündəlik qlobal neft tələbatı 102,9 mln. barel olub. Beləliklə, 2025-ci ildə gündəlik qlobal neft tələbatı 2023-ci ilin göstəricisi ilə müqayisədə 1,06 mln. barel artacaq.

09:27 15.01.2025

Oxunuş sayı: 2387

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR