Gündəm

Yeni Maliyyə naziri bəlli oldu?

Məlum olduğu kimi, ölkəmizdə yüksək vəzifələrdə dəyişiklik olan zaman cəmiyyətin müxtəlif qruplarında, mətbuatda, sosial şəbəkələrdə yeni təyin olunacaq namizədin kimliyi ilə bağlı müxtəlif müzakirələr başlayır və versiyalar səslənir. Bir çox hallarda hətta konkret adlar da çəkilir. Bənzər xəbərlərin analogiyasına baxdığımız zaman adətən sahə üzrə uyğun alternativ șəxslərin adları hallandırılır, hətta bəzi hallarda müxtəlif manipulyasiyalara yer verilir. 

Dünən prezident cənab İlham Əliyevin sərəncamı ilə Maliyyə naziri Samir Şərifov vəzifəsindən azad edilərək Baş nazirin müavini vəzifəsinə təyin olunub.

Ənənəyə uyğun olaraq cəmiyyətin müxtəlif spektorlarında hətta kifayət qədər ciddi adamlar arasında yeni nazirin kim olacağı ilə bağlı müzakirələr başlayıb. Təbii ki, yenə də əsas etibarı ilə müxtəlif namizədlərlə bağlı fikir bildirilir, yeni nazirin kim olacağı ilə bağlı "etibarlı mənbə" və ya "kluarlara" istinadən müxtəlif adlar üzərində fikir formalaşdırılır. Namizəd olaraq isə bir qayda olaraq maliyyə sahəsinə yaxın qurumların rəhbərləri, daha üst qurumlarda aidiyyatı sahə üzrə vəzifə tutan şəxslər və sairlərin adı hallanır.

Cəmiyətin aktiv kəsimi "yeni maliyyə naziri kim olacaq?" sualına cavab axtarır. Hətta kifayət qədər ciddi kularlarda sualla bağlı versiyalar dolaşır. Bəziləri isə hətta özlərini informasiyalı göstərmək üçün, "alçaq səslə, gözünün birini qırparaq filankəsdir, dəqiq məlumatdır"- deyir. Əsasən isə bütün versiyalar səhv olur. Çünki bu sualın cavabını ölkədə yalnız 1 nəfər bilir - Prezident! O səviyyədən məlumatın sızma ehtimalı isə sadəcə yoxdur. Bu səbəbdən də yeni nazirin kimliyini bilmək üçün bizlərə president.az saytında yerləşdiriləcək müvafiq məzmunlu sərəncamı gözləmək qalır.

Miraj

10:25 11.01.2025

Oxunuş sayı: 140619

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR