Azərbaycanda pensiyaçılar azalır, pensiyalar artır
Azərbaycanda pensiyaçıların sayı azalsa da, orta aylıq pensiyanın məbləği artıb.
Crossmedia.az xəbər verir ki, Dövlət Statistika Komitəsi bu barədə məlumat yayıb.
Məlumata görə, 2026-cı il oktyabrın 1-nə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 94 min 200 pensiyaçı qeydiyyatda olub.
Ötən ilin eyni dövründə bu göstərici 1 milyon 100 min nəfər təşkil edib. Beləliklə, pensiyaçıların sayı bir il ərzində 5 800 nəfər azalıb.
Hazırda pensiyaçılar ölkə əhalisinin 10,6 faizini təşkil edir.
Eyni zamanda, orta aylıq pensiya 10,3 faiz artaraq 595 manat 80 qəpiyə çatıb.
Bu məbləğ ölkə üzrə orta aylıq əməkhaqqının 50,8 faizinə bərabərdir.
10:29 18.11.2026
Oxunuş sayı: 113