Prezident İlham Əliyev bu sazişi təsdiqləyib
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Qanun imzalayıb.
Crossmedia.az xəbər verir ki, qanuna əsasən, 2024-cü il oktyabrın 30-da Rabat şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
08:54 10.01.2025
Oxunuş sayı: 4368